“Yay Məktəbi”-nə start verildi.

1188

Azərbaycan Yelkənli İdman Federasiyası “Yelkən idmanı üzrə Yay Məktəbi – 2016” proqramının icrasına start verdi.

Belə ki, “Yay Məktəbi”-nin birinci dövrü iyun ayının 20-dən etibarən 10 gün müddətində Şıx çimərliyində yerləşən “Mambo Beach” istirahət mərkəzində 20-ə yaxın həvəskar yelkənçi ilə davam edəcək.

Həvəskar yelkənçilər “Yay Məktəbi”-nin ilk gününü beynəlxalq təcrübəli təlimçilərimizin dərslərində iştirak edərək yelkənli idman üzrə ilkin bilikləri və sirləri öyrənməklə, maraqlı və əyləncəli düşərgə oyunları oynamaqla başa vurdular.

Qeyd edək ki, “Yay Məktəbi”-nin digər dövrləri üçün qeydiyyat davam edir.

Əgər Siz də övladınızın “Yelkən idmanı üzrə Yay Məktəbi”-nə qoşulmasını istəyirsinizsə, aşağıdakı qeydiyyat linki vasitəsilə müraciətinizi bizə ünvanlındıra bilərsiniz.

Qeydiyyat üçün: https://docs.google.com/…/17pln9Yup5izKUJpPUU_W8b…/viewform…