FHN və SOCAR birgə bəyanat yayıb

FHN və SOCAR birgə bəyanat yayıb

218
0

Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın yaydığı birgə məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib: “Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir. Əlavə məlumat veriləcək”.

REPORT.AZ

Şərh yoxdur

Şərh yaz