İsrail “Mavi Mərmərə” gəmisində həlak olan şəxslər üçün Türkiyəyə 20 milyon dollar təzminat ödəyib.

829

CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə İsrail Ədliyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, 31 may 2010-cu ildə Qəzzaya humanitar yardım daşıyan “Mavi Mərmərə” gəmisi İsrail hərbçilərinin hücumuna məruz qalmışdı. Hadisə nəticəsində 10 Türkiyə vətəndaşı öldürülüb.

 

Ölənlərin ailələrinə təzminat ödənilməsi Türkiyənin İsrail qarşısında qoyduğu üç şərtdən biri idi.