İtaliya TAP-ın reallaşdırılmasını gecikdirir

739

Transadriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması İtaliyanın yerli hakimiyyətinin bəzi icazələr verməsinə görə yubana bilər. Trend-in məlumatına görə, bunu SOCAR-ın I vitse-prezidenti Vitali Bəylərbəyov “EurActiv” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, SOCAR İtaliyada işlərin davam etdirilməsi üçün hələ bütün zəruri icazələri ala bilməyib.

Bununla belə, o qeyd edib ki, SOCAR İtaliya Baş naziri Matteo Rentsi hökumətinin tam dəstəyini alır.

Qeyd edək ki, TAP layihəsi Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.