“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov...

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov və baş direktorun baş müşaviri Şamil Quluzadə Koreya Respublikasında keçirilən 4-cü Busan Beynəlxalq Liman Konfransında iştirak ediblər.

403
0

3 noyabr tarixində Bakı Limanı və Busan Liman Administrasiyası arasında Anlaşma memorandumu imzalanıb. İmzalanmış memoranduma əsasən Limanlar arasında olan əməkdaşlıq əlaqələrini genişləndirəcək və təcrübə mübadiləsi həyata keçiriləcək.

4 noyabr tarixində T. Ziyadov “Avrasiyadakı quru limanların gələcəyi-Bakıdan baxış” mövzusunda çıxış edib. Çıxış zamanı baş direktor 7 sentyabr tarixində DP World şirkəti ilə imzalanmış müqavilə və tikilməkdə olan yeni Bakı Limanının inkişaf planı barədə məlumat verib.

Cənubi Koreyaya səfəri çərçivəsində limanın nümayəndə heyəti və Azərbaycan Respublikasının Koreyadakı səfiri Rəmzi Teymurov Busan şəhərinin meri Suh Byung-Soo, Sənaye Palatasının sədri Sung Je Cho və Busan-Jinhae Azad İqtisadi Zona Administrasiyasının rəhbəri Yang-Hyun Jin ilə görüşüblər.

Səfər çərçivəsində limanın nümayəndə heyəti Busan Limanı ilə yaxından tanış olub.

Şərh yoxdur

Şərh yaz