Bu gün ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr idarəsinin direktoru və ABŞ Azərbaycandakı səfiri Bakı Limanına səfər ediblər.

1005

Bu gün ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr idarəsinin direktoru Nataşa Francezi və adı çəkilən ölkənin Azərbaycandakı səfiri Robert Sekuta Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər və Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksinin inşa prosesi ilə yaxından tanış olublar.

Qonaqlar yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlar və liman əməliyyatları ilə tanış olublar. İstismar xidmətinin müdiri Eugen Seah və Aparat rəhbəri Aynur Arazova qonaqlara tikilməkdə olan yeni Bakı Limanı və yaradılacaq Ələt Azad Ticarət Zonasının nəyinki Azərbaycanın, eyni zamanda bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcəyi barədə məlumat veriblər.