ICD Azərbaycanda azad ticarət zonasına investorların cəlb olunmasına kömək edəcək

880

Bakı Beynəlxalq dəniz ticarət limanı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) arasında anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, memorandumun məqsədi Ələt qəsəbəsində limanın və azad ticarət zonasının potensial imkanlarını, eləcə də özəl sektorun iştirakçılarının ticarət zonasının yaradılmasına cəlb edilməsinin imkanlarını öyrənməkdir.

Sənədi ICD-nin rəhbəri Xalid əl-Abudi və dəniz limanının baş direktoru Taleh Ziyadov imzalayıblar.