Heykəltəraşların və həvəskar yaradıcı şəxslərin nəzərinə! Bakı Limanında müsabiqə davam edir!

1399

Bakı Limanı Əsas yük terminalında Qarabağ döyüşlərində Vətənin azadlığı uğrunda canını qurban vermiş limançı şəhidlərin xatirəsinə həsr olunmuş abidə ucaltmaq niyyətindədir. Müsabiqədə bütün peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər. İştirakçıların eskizlərini peşəkər və tanınmış heykəltəraşlardan ibarət münsiflər heyəti qiymətləndirəcək və qaliblər müəyyən olunacaq.
Təqdim olunan işlərlə bərabər maket şəklində müəllifin adı, soyadı, işləmə texnikası, nəzərdə tutulan material və monumentin ölçüsü göstərilməlidir.

İşlərin son qəbul tarixi – 30.10.2016
İşlər Bakı Limanın inzibati binasına təqdim olunmalıdır. Ünvan: Ü.Hacıbəyov 72
Daha ətraflı məlumat üçün – 012 599 0003 (daxili 1600)