ADDA-da “Açıq mikrofon” görüşü keçirildi

ADDA-da “Açıq mikrofon” görüşü keçirildi

365
0

Son illər Azərbaycan Dövlət Dəniz Akademiyasında aparılan çoxsaylı islahatların, yeniliklərin hər biri tələbəmərkəzli, tələbəyönümlü olmaqla Akademiya gənclərinin  hərtərəfli inkişafına yönəlmişdir.

Akademiyada fəaliyyətə başladığı ilk gündən tələbələrin problemləri ilə yaxından maraqlanıb onlara hər cür şərait yaradan, hər bir tələbəyə xüsusi qayğı  göstərən rektor Ç.Əliyevin 21 dekabrda  tələbələrlə olan görüşü bu yöndə atılan növbəti addım oldu.

Akademiya  tarixində ilk olan bu görüşdə məqsəd  burda təhsil alan hər bir tələbə-gəncin istər təhsil, istərsə də sosial problemini öyrənmək, onların istək və arzularını, təkliflərini dinləmək idi.

“Açıq mikrofon”  görüşündə Akademiyanın tədris və tərbiyə işləri, dənizçilərin hazırlanması və sertifikatlaşdırması üzrə prorektorları, rektorun müşaviri, dekanlar, İnformasiya-resurs mərkəzinin işçiləri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təlim və gənclərlə iş üzrə koordinatoru və hər qrupdan ən fəal tələbə-gənclər, tələbə təşkilat rəhbərləri və üzvləri iştirak etdilər.

Tələbələr yüksək fəallıq göstərərək  akademiya rəhbərinə tədris prosesi, təlim, təhsil və sosial məsələlər ətrafında suallarla müraciət etdilər. Həm yazılı, həm də şifahi formada ünvanlanan çoxsaylı sualları cavablandıran rektor  tələbələrə öz məsləhət və tövsiyələrini verərək bir çox problemlərə elə yerindəcə aydınlıq gətirdi.

Bütün tələbələr  hər bir sualı böyük səbr və təmkinlə dinləyərək ətraflı cavablandıran akademiya rəhbərinə yaratdığı hər cür şərait və imkanlara görə öz minnətdarlıqlarını bildirdilər.

Daha sonra rektorun müşaviri çıxış edərək Gəmiçiliyin və Akademiya rəhbərliyinin tələbələrə yaratdığı geniş imkanlardan maksimal dərəcədə  yararlanmağı və müasir bir Azərbaycan gənci kimi onlara hər zaman və hər yerdə hüquq və vəzifələrini bilməyi  tövsiyə etdi.

Sonda belə görüşlərin əhəmiyyətindən danışan Ç.Əliyev bu addımın ənənəvi olaraq ildə bir neçə dəfə atılacağına söz verdi.

Şərh yoxdur

Şərh yaz