“Qurban Abbasov” kran gəmisinin icarəyə verilməsinə dair danışıqlar aparılır

2690

Rusiya Federasiyasının  “Marine Offshore Contractor” MMC şirkəti “Qurban Abbasov” kran gəmisini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən  icarəyə götürmək istəyir. Bunun üçün Gəmiçiliyin rəhbərliyi ilə danışıqlara başlanılıb.

“AXDG” QSC-nin sədri  Rauf Vəliyevlə görüşdə  qonaqlar gəmiyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən tam razı qaldıqlarını bildiriblər. Sonuncu təmir zamanı tamamilə modernləşdirilən “Qurban Abbasov” kran gəmisinin Xəzərin  Rusiyaya aid sularında  istismar olunması nəzərdə tutulur.

Söhbət zamanı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev indiyədək əməkdaşlıq etdikləri digər şirkətlər kimi,  “Marine Offshore Contractor” MMC-nin də etibarlı tərəfdaş olacağına əminliyini ifadə edib. Görüşdə eyni zamanda gələcəkdə  birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub