Hindistanda qayığın batması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

617

Qanq çayının Hindistanın Bihar ştatı ərazisindən keçən hissəsində qayığın batması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb..

“Report” xəbər verir ki, bu barədə “France Presse” yerli məmura istinadən məlumat yayıb.

Qeyd edək ki, hadisə şənbə günü axşam, Patna şəhəri yaxınlığında baş verib. Hadisə zamanı qayıqda 50 nəfər olub.

İlkin məlumatda hadisə zamanı 19 nəfərin öldüyü bildirilirdi. Axtarış-xilasetmə işləri davam etdirilir.

***23:49

Qanq çayının Hindistanın Bihar ştatı ərazisindən keçən hissəsində qayığın batması nəticəsində 19 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndəsinə istinadən “Reuters” məlumat yayıb.

İnsident şənbə günü axşam Patna şəhəri yaxınlığında baş verib. Nəşrin məlumatına görə, qayığın tutumu 30 nəfər olsa da, ona 50 sərnişin minib. Hazırda 19 nəfərin meyiti tapılıb, 10-12 nəfərin üzərək sahilə çıxdığı ehtimal edilir. 8 nəfər xilas edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.