N.Nərimanov adına NQÇİ-də estakadalar neft yığım məntəqəsindən ayrılır

1655

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz özülləri, estakada və estakadayanı məntəqələrində işçilərin təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlər sürətlə həyata keçirilməkdədir.

“Report” bu barədə SOCAR-ın “Facebook” səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, son illərdə dənizdə 6 000 metrdən çox estakada, 43 000 kv. metrdən çox sahə əsaslı təmir olunub: “Hazırda bu işlər yeni müstəvidə, daha yüksək sürətlə davam etdirilir. Tufan baş verdiyi təqdirdə estakadanın təsirindən neft yığım məntəqəsinin uçmasının qarşısını almaq üçün N.Nərimanov adına NQÇİ-də estakadalar neft yığım məntəqəsindən ayrılır”.