Beynəlxalq Dəniz Universitetləri Assosiasiyası tərəfindən təşkil olunmuş Tələbə Forumuna Dəvət

1090

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Əziz tələbələr,

11-13 İyul, 2017-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasının (IAMU) təşkilatçılığı ilə Tələbə Forumu keçiriləcəkdir.

Forumun gündəliyi:

  • 11.07.2017 – Açılış Mərasimi və Seminar
  • 12.07.2017 – Seminar və Təqdimat (prezentasiya)
  • 13.07.2017 – Texniki tur

Seminarın əsas mövzusu:

2017-ci il Dünya Dənizçilər Gününə həsr olunmuş “Gəmilər, Limanlar və İnsanlar arasında əlaqələrin qurulması”  mövzusu

Tələbələrin iştirakı:

Hər üzv universitetdən yalnız bir tələbə iştirak edə bilər. Seçilmiş tələbənin səyahət və yerləşdirilmə xərcləri Beynəlxalq Dəniz Universitetləri Assosiasiyası (İAMU) tərəfindən qarşılanacaqdır.

Təyin olunan tələbənin dənizçiliklə bağlı bilikləri və təqdim olunacaq mövzuda ingilis dilində sərbəst diskusiya aparmaq bacarığının olması vacibdir!

Qeyd: Müraciət etmək istəyənlərdən müvafiq dekanlıqlara və ya Beynəlxalq əlaqələr qrupuna yaxınlaşmaları xahiş olunur.