TAP layihəsi ilə bağlı təqdimat keçiriləcək

1015

Trans-Adriaktik Boru Kəməri (TAP) layihəsinin rəhbərliyi potensial müştərilərin maraqlarını öyrənmək üçün “açıq mövsüm” aksiyası keçirəcək. “Report” xəbər verir ki, bunu “Reuters”ə qurumun yüksək vəzifəli şəxsləri deyib.

TAP-ın Yunanıstan üzrə ölkə meneceri Rikard Skoufias (Rikard Sucoufias) deyib ki, kəmərin bu ölkə ərazisindəki 200 km-ə qədər hissəsinin çəkilişi üçün torpaq sahələri hazırdır: “Artıq kəmərin Yunanıstandan keçəcək 550 km-nin 200 km-lik hissəsində torpaqlar hazırdır. Biz işimizi davam edirik”.

TAP-ın xarici məsələlər üzrə direktoru Ulrik Andres (Ulrike Andres) isə deyib ki, “açıq fəsil” vasitəsi ilə kəmərin potensialı müştərilərə nümayiş olunacaq.

Kəmərlə ilk qazın 2020-ci ildən İtaliyaya çatacağı deyilir. İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr “mavi yanacaq” Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), “Snam S.p.A.” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləri çıxış edir.