Türkiyə donanmasının Ədən körfəzində mandatı uzadılıb

1177

Türkiyə Hərbi Dəniz Qüvvələrinin Ədən körfəzində mandatı uzadılıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyə donanması daha bir il müddətinə Ədən körfəzi, Somalı ərazi suları, Ərəb dənizi və s. qalacaq.

Türkiyə Böyük Millət Məclisi (TBMM) bununla bağlı Nazirlər Kabinetinin hazırladığı qanun layihəsini qəbul edib.