Cənubi Koreya 10 ildə ilk dəfə Rusiya nefti alıb

975

Cənubi Koreyanın “SK Innovation Co.” neft emalı şirkəti son 10 ildə ilk dəfə Rusiya xam neftini alıb.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yaxın mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, şirkət “LUKoİl” şirkətindən 1 mln. barel həcmində “Urals” markalı nefti alıb.

“SK İnnovation” şirkətinin mətbuat katibi Kim Vookyun bunu təsdiqləyib. O bildirib ki, “Dubai Crude” markalı neftin Asiyaya tədürakünün çətinləşməsi ilə Rusiya neftinin nəqli daha əlverişli olub.

Rusiyadan təchizatın bərpası Yaxın Şərq ölkələrinin neftin çatdırılma xərcini artırması ilə əalaqədardır.

“Energy Aspects Ltd.” şirkətinin analitiki bildirib ki, “Urals” markalı neftin nəqli Asiya üçün nadir hadisədir. Bu da iqtisadi baxımdan “Oman” və “Upper Zakum” markaları ilə müqayisədə sərfəli deyil”.