Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə

800

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Münxen
Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə Bakı
Limanının fəaliyyətinə də toxunmuşdur:
“Biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını
aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon
konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı gəmiqayırma
zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, öz
ehtiyaclarımızı ödəyək, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla
təchiz edə bilək. Limanın yaxınlığında biz xüsusi azad zona yaratmışıq
və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa
dəvət edirik.”