Hər bir gəmiçi dənizdə yarana biləcək istənilən çətin vəziyyətə həmişə hazır olmalıdır

1243

Gəmiçiliyin rəhbəri Təlim-Tədris Mərkəzində üzən heyət üçün keçirilən təlimlərlə maraqlanıb, dərs prosesini yaxından izləyib.

Kurslarda dənizçilərin peşə vərdişləri təkmilləşdirilir, onlara dənizdə yarana biləcək istənilən çətin vəziyyətə həmişə hazır olmağa  dair  biliklər aşılanır. Sədr Rauf Vəliyev təlim iştirakçılarının  diqqətinə çatdırıb ki, bu gün hər bir dənizçinin  gəmilərdə tətbiq olunan yeni texnologiyalardan xəbərdar olması və onlardan istifadə etmə bacarığı çox vacibdir.

Beynəlxalq konvensiyaların tələblərinə uyğun keçirilən təlimlərin sonunda imtahanı uğurla verən iştirakçılara sertifikatlar təqdim olunur. Kurs iştirakçıları Gəmiçiliyin rəhbərinə  imtahanların şəffaf keçirildiyini bildiriblər.  Rauf Vəliyev ölkəmizdə yalnız Gəmiçiliyin Təlim-Tədris Mərkəzinin malik olduğu gəmilərin mövqedə saxlanması trenajoruna da baxış keçirib.

Xatlırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzi 2014-cü  ildən    fəaliyyət göstərir. Burda Gəmiçiliyin əməkdaşları ilə yanaşı, digər şirkətlərin nümayəndələri üçün də dənizçiliklə bağlı müxtəlif  təyinatlı təlimlər keçirilir.