“Gəmiçilik ölkəmizdə beynəlxalq korporativ idarəetmə sistemini tətbiq edən ilk dövlət şirkətlərindən biridir”

“Gəmiçilik ölkəmizdə beynəlxalq korporativ idarəetmə sistemini tətbiq edən ilk dövlət şirkətlərindən biridir”

461
0

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) fəaliyyətinin ilk günlərindən gəmiçilik sahəsində qabaqcıl təcrübənin, mütərəqqi metodların tətbiqinə, beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətin təşkilinə ciddi diqqət ayırır. Müasir korporativ idarəetmə sisteminin qurulması və Azərbaycan gəmiçiliyinin qabaqcıl beynəlxalq şirkətə çevrilməsi istiqamətində davamlı olaraq irimiqyaslı layihələr həyata keçirilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də əməkdaşların fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sistemini özündə ehtiva edən Həvəsləndirmə və Mükafatlandırma Proqramının (Performance Based Remuneration System — KPİ) təqdimatı olub.

“AXDG” QSC sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev və strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev Həvəsləndirmə və Mükafatlandırma sisteminin Gəmiçilikdə tətbiqi ilə bağlı məlumatla çıxış ediblər.

Bildrilib ki, Proqramın hazırlanması işlərinə Gəmiçilikdə ötən  ildən başlanılıb. Belə ki, 2016-cı ilin iyulunda  bu sahədə tanınmış beynəlxalq məsləhətverici şirkət olan “Ernst&Young”-in Qazaxıstan ofisi dəvət edilib, AXDG-nin korporativ idarəetmə sistemi qiymətləndirilib və onun daha da təkmilləşdirilməsi üçün “Yol Xəritəsi” hazırlanıb. “Yol Xəritəsi”ndə bir sıra layihələrlə yanaşı, Həvəsləndirmə və Mükafatlandırma Proqramının hazırlanması da yer alıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən səhmlərinin nəzarət zərfi dövlətə məxsus şirkətlərdə fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi və fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sisteminin hazırlanması üzrə tapşırıq verilib.

Fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sisteminin tətbiqi üzrə Gəmiçilikdə “Həvəsləndirmə və Mükafatlandırma Siyasəti” hazırlanıb və 2 sentyabr 2016-cı il tarixində təsdiq edilib. Daha sonra, “Həvəsləndirmə və Mükafatlandırma Siyasəti”nə uyğun, Gəmiçiliyin strateji hədəflərinə və məqsədlərinə nail olmağa yönəlmiş balanslaşdırılmış “Fəaliyyətin Səmərəlilik Göstəriciləri” (KPİ-lar) sistemi işlənib hazırlanıb və 2017-ci ilin yanvar 1-dən Gəmiçilikdə tətbiq edilir.

Həvəsləndirmə və Mükafatlandırma Siyasəti əməkdaşların inkişafa stimullaşdırılmasına, əlavə səylərinin qiymətləndirilməsinə, Gəmiçiliyin strateji hədəf və məqsədlərinə nail olunmasına, aparılan əməliyyatların səmərəliliyinin və effektivliyinin artırılmasına, yüksəkixtisaslı  kadrların  “AXDG” QSC-yə cəlbi  və saxlanılmasına yönəlib.

Təqdimatda çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev xüsusi ilə vurğulayıb ki, əməkdaşların fəaliyyəti onlara şamil edimiş müvafiq korporativ və fərdi KPİ-lara il ərzində nail olunma dərəcəsinə əsasən qiymətləndiriləcək. Sədr bildirib ki, hazırda Gəmiçilik bu sistemi tətbiq edən ilk dövlət müəssisələrindəndir və beynəlxalq təcrübədə özünü müvəffəqiyyətlə doğruldub. Bu sistemin tətbiqi korportativ idarəetmə və inkişaf üçün olduqca əhəmiyyətlidir.

Yekunda əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyəti


Şərh yoxdur

Şərh yaz