8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Bakı Beynəlxalq Dəniz Ticrət Limanı” QSC-də tədbir keçirilib.

720

Limanın bütün qadın kollektivini təbrik edən Baş direktor Taleh Ziyadov qeyd edib ki, rəhbərlik etdiyi təşkilatda 60-a yaxın zərif cinsin nümayəndəsi məsul vəzifələrdə
çalışır. Bunların sırasında bərə terminalında, istismar və inzibatı xidmətlərdə qadınlarımız əzmlə işləyirlər.

Baş direktor Limanın xanım işçilərinə fəaliyyətlərində uğurlar dilədi, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə, o cümlədən “Bakı Beynəlxalaq Dəniz Ticarət Limanı” QSC-nin uğurları, tərəqqisi üçün qüvvələrini, bilik və bacarığlarını əsirgəməməyə cağırdı.