“Exxon Mobil” Meksika körfəzində istehsalın genişləndirilməsinə 20 mlrd. dollar yatıracaq

675

Amerikanın “ExxonMobil Corp.” energetika şirkəti 10 il ərzində Meksika körfəzinin şimal sahillərində neft və qaz hasilatı üzrə layihələrin genişləndirilməsinə 20 milyard dollar yatırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkət rəhbəri Darren Vuds “CERAWeek 2017” konfransı zamanı məlumat verib.

Şirkətin məlumtında qeyd olunur ki, vəsait artıq mövcud olan və planlaşdırılan 11 layihəyə yatırılacaq və nəticədə 45 min iş yeri yaradılacaq ki, onların da əksəriyyəti yüksək ödənişli olacaq.