Neftin qiyməti 60 dollar/bareli ötməyəcək

803

“Neft hasilatında şist texnologiyalarının tətbiq edilməsi səbəbindən neftin qiyməti 60 dollar/bareli keçməyəcək”. “Report”un “Rambler News Service”ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya “Vneşekonombank”ının rəhbəri Sergey Qorkov bildirib.

“2008-ci il böhranı zamanı ABŞ-ın ən böyük neft şirkətinin rəhbəri neftin qiymətinin 200 dollar/barel olacağını proqnozlaşdırmışdı. Lakin o, şist neft inqilabını gözdən qaçırmışdı. Bu inqilab nəticəsində kiçik şirkətlər milyardlar deyil, sadəcə on milyonlarla dollar investisiya ilə işə başlayaraq yeni texnologiya yaratmağa müvəffəq olub. Bu texnologiyanın maya dəyəri əvvəlcə 120, sonra 90, indisə 60 dollar/barel təşkil edir. Buna gərə də, neftin bir barelinin qiyməti 60 dolları keçməyəcək”, – deyə bankir vurğulayıb.

Xatırladaq ki, Rusiya Bankı (Mərkəzi Bank) ilin sonuna qədər neftin qiymətinin 40 dollar/barelə kimi azalacağını proqnozlaşdırır.