4-cü Xəzər beynəlxalq “Kater və Yaxtalar” sərgisi 26-28 aprel 2017 Bakı Ekspo Mərkəzində

948

“CIBS” 2017 İLƏ XƏZƏR DƏNİZİN SAHİLLƏRİNƏ!

“4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi” 26-28 aprel 2017 Bakı Ekspo Mərkəzində – kater, yaxta, müxtəlif növ dəniz avadanlıqları, yaxt klublar, su idmanı, su nəqliyyatı, dəniz turizmi və s. sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən Xəzər regionunun yeganə ixtisaslaşdırılmış sərgisidir. “CIBS” 2017 sərgisi Azərbaycanda inkişafda olan yeni perspektivli su motor bazarına daxil olması, bazarda öz yerini möhkəmləndirilməsi, mövcud iş münasibətlərini gücləndirilməsi, yeni distributorlarla əməkdaşlıq imkanlarının yaradılması və müştəri bazasının genişləndirilməsi üçün əvəzedilməz vasitədir.