“ASAN Təlim-Tədris Mərkəzi”ndə Bakı Limanının əməkdaşları üçün “Müştərilər ilə əlaqələrin idarə edilməsi” adlı təlimə start verilib

987

Bu gün “ASAN Təlim-Tədris Mərkəzi”ndə Bakı Limanının əməkdaşları üçün “Müştərilər ilə əlaqələrin idarə edilməsi” adlı təlimə start verilib.

Limanda müştəri və vətənşlara göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması, müştəri əlaqələrində idarəetmə sisteminin nəzərdən keçirilməsi, iki tərəfli əlaqənin yaradılması və liman istifaçilərinin məmnuniyyətinin artırılmasının yollarının öyrədilməsi məqsədi ilə keçirilən təlim 10 gün ərzində davam edəcək və limanın müvafiq struktur bölmələrində çalışan 30-a yaxın əməkdaşı üçün təşkil olunacaq.