Neft bazarında SON DURUM – Azərbaycan neftinin qiyməti 56 dolları ötüb

642

Bakı. Maksim Tsurkov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 10-da 56,16 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,85 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 10-da 55,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 10-da 52,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 10-da 54,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.