Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi ötən dövr üçün hesabatı açıqlayıb – AUDİO

995

 ASAN Radio xəbər verir ki, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi ötən dövr üçün hesabatı açıqlayıb. Hesabatda deyilir ki, Uzaq Məsafədən Tanınma və izləmə Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında gəmisürücülüyünün təhlükəsizliyinin təmin olunması, ərazi sularında üzmə qaydalarına və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə riayət olunmasına nəzarət edilməsi, gəmi sürücülüyü üçün çətin hava şəraiti zamanı fırtına xəbərdarlığının göndərilməsi, təhlükəsiz lövbər dayanacağı ilə təmin olunması, gəmilərin tanınması və uzaq məsafədən izlənməsi və hərəkət marşrutunun seçilməsi xidmətləri göstərilir. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Museyibov: “Ərazi sularında gəmisürücülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət olunan ərazilərin əhatə dairəsinin genişləndirilməsi, gəmilərlə radioəlaqələrin daha da etibarlı təşkil olunması, Avtomatik İdentifikasiya Sistemi vasitəsi ilə məlumatların operativ surətdə Milli Mərkəzə ötürülməsinin təşkili üçün xüsusi təyinatlı Ultra Qısa Dalğaların yayımı məqsədilə radiostansiya və radio-rele avadanlıqlarının quraşdırılması təmin olunur“.

Tural Museyibovun sözlərinə görə, gəmilərlə etibarlı rabitənin təmin edilməsi, Azərbaycanın dövlət bayrağı altında üzən gəmilərə dövlət nəzarətinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə naviqasiya rabitə avadanlıqları quraşdırılıb və mütəmadi naviqasiya təminatı həyata keçirlir. Bundan başqa Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinə ötən dövr ərzində Gəminin Mühafizə Həyacan Sistemi üzrə 247 sınaq, 66 qəza, 1468 rəqəmsal seçmə sınaq çağırış siqnalı daxil olub. “Ötən dövr ərzində 21600 naviqasiya ötürməsi həyata keçirilib, 120 gəminin Uzaq Məsafədən Tanınma və İzləmə təsdiqnaməsi, 23 gəminin Beynəlxalq Dəniz Peyk Təşkilatı təsdiqnaməsi, 39 gəminin Dəniz Mobil İdentifikasiya Xidməti təsdiqnaməsi və 67 gəminin Beynəlxalq Peyk Axtarış-Xilasetmə Sistemi təsdiqnaməsi qeydiyyata alınıb“.

Administrasiyanın rəsmi nümayəndəsi bildirdi ki, qurum tərəfindən liman kapitanları vasitəsilə, Beynəlxalq və kabotaj səfərlər həyata keçirən 20,285 gəminin Azərbaycan Respublikasının limanlarına girişi və 20,061 gəminin limandan çıxışının rəsmiləşdirlməsi həyata keçirilib.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz

<audio controls><source src=”http://denizxeber.az/asanradio.az/audio/951747_1491994468_Deniz_Adminstrasiyasi_-_Tural_(_Gunay_).mp3”></audio>