Mart ayında “Azneft” üzrə 57 quyu əsaslı təmirdən sonra istismara verilib

1054

Cari ilin mart ayında “Azneft” İstehsalat Birliyi üzrə quyularda 90 əsaslı və 1 567 cari təmir işi aparılıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, proqnozlara müvafiq olaraq 103,4% və 106,8% əməl olunub, 57 quyu istismara daxil edilib. Həmin quyulardan ümumilikdə 21 433,4 ton neft, 15 mln. kubmetrdən artıq qaz hasil edilib.

Ötən ay “28 May” NQÇİ üzrə 6 quyu əsaslı təmir edilərək istismara verilib, əlavə olaraq 12 892 ton neft, 11,191 milyon kubmetr qaz və 607 ton kondensat hasil edilib. “Neft Daşları” NQÇİ-də əsaslı təmir olunmuş 16 quyudan 7-si istismara qaytarılıb, onlardan 5109 ton neft hasil edilib. Ümumiyyətlə, N.Nərimanov, H.Z.Tağıyev, Ə.C.Əmirov, “Abşeronneft”, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarələri, həmçinin “Qaz Anbarlarının İstismarı” İdarəsi üzrə 45 quyu əsaslı təmir olunub, əlavə 3 432,4 ton neft çıxarılıb.