İran hərbi gəmiləri Qazaxıstana səfərə gedib

878

 

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” və “Peykan” hərbi gəmiləri Qazaxıstana səfərə gedib.

“AzerDefence”nin Qazaxıstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatına görə, dostluq xarakteri daşıyan səfərdə döyüş gəmilərini Aktauda Qazaxıstanın “Sarıarka” raket-artilleriya gəmisi qarşılayıb.

Təşkil olunan mərasimdə deyilib ki, bu kimi səfərlərin həyata keçirilməsi iki ölkə arasında əməkdaşlığın artırılması, təcrübə mübadiləsi və Xəzər regionunda sülhün bərqərar olması məqsədi daşıyır. Qısa tanışlıq və təqdimetmədən sonra Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin heyəti qonaq gəmilərlə yaxından tanış olublar.

Qeyd edək ki, ötən il İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin gəmiləri Azərbaycan və Rusiya sahillərinə də dostluq səfəri həyata keçiriblər.