Adnan Menderes Universitetinin nümayəndələri ADDA-da

964

Aprelin 21-də Türkiyənin Adnan Menderes Universitetinin nümayəndələri-İlknur Kayar, Namık GülhanMustafa Süzmetaş Azərbaycan Dövlət Dəniz Akademiyasında olmuşlar. Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov ilə görüşdə qarşılıqlı əməkdaşlığın və tələbə mübadiləsinin perspektivləri müzakirə edilib. Akademiyadan və bu səmimi görüşdən məmnun qaldıqlarını bildirən qonaqlar ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi arzusunda olduqlarını bildiriblər.