Bakı Beynəlxalq Dəniz Ticarət Limanının perspektivləri

788

Taleh Ziyadov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru

– Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir, çünki Azərbaycanın qeyri-neft sektoru üzrə ən perspektivli layihələrindən biri məhz loqistika və nəqliyyat sahəsində reallaşdırılır. Söhbət azad ticarət zonasının yaradıldığım yeni Bakı Beynəlxalq Ticarət Limanından gedir. Buna görə də, bütün dünyanın loqistika və nəqliyyat şirkətlərinin Bakıda keçirilən sərgidə iştirakı, onların Azərbaycanda gedən proseslərlə tanışlığı ölkə, eləcə də vətəndaşlar üçün böyük əhəmiyyətə malikdir.

2018-ci ildə bir çox dünya limanlarının nümayəndələri Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransında iştirak etmək üçün Bakıya gələcəklər. Bakı Beynəlxalq Ticarət Limanının stendində həm bu barədə, həm də limanda azad ticarət zonasının yaradılması, habelə bizim xidmətlər və təşkilatın digər fəaliyyətləri barədə ətraflı məlumat verilir.