Домой Xəbərlər Azərbaycan Dövlət Dəniz Akademiyasını əla qiymətlərlə bitirən tələbələr iş axtarmayacaqlar

Azərbaycan Dövlət Dəniz Akademiyasını əla qiymətlərlə bitirən tələbələr iş axtarmayacaqlar

1658
0

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti,Mətbuat xidmətinin məlumatı.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Azərbaycan Dövlət Dəniz Akademiyasının dördüncü kursunda oxuyan əlaçı  tələbələrlə görüş keçirilib.

Gəmiçiliyin rəhbəri Rauf Vəliyev məzun olmağa hazırlaşan gəncləri təhsildə qazandıqları uğurlara görə təbrik edib. Savadlı və peşəkar  gəncələrə Gəmiçilikdə hər zaman ehtiyac olduğunu vurğulayan Rauf Vəliyev rəhbərlik etdiyi qurumda əməkdaşların beynəlxalq standartlara cavab verən bilik və bacarıqlara yiyələnmələri üçün bir çox layihələrin həyata keçirildiyini bildirib. Hər il iki gəncin dünyanın nüfuzlu dənizçilik təhsil ocaqlarında Gəmiçiliyin vəsaiti hesabına oxuduqlarını diqqətə çatdıran sədr  görüşdə iştitak edən əlaçı tələbələri  də  sevindirib. Belə ki, buraxılış  imtahanlarından və müsahibələrdən uğurla keçən  məzunlara Gəmiçilikdə çalışmaları üçün zəmanət məktubları veriləcək.

Görüşdə iştirak edən  tanınmış kapitan         Giannakakis Titos  bildirib ki, bu gün dənizçilik  dünyanın hər yerində vacib peşələrdən sayılır. Buna görə, təhsildə fərqlənən gənclər praktik bacarıqlara da mükəmməl yiyələnməlidirlər. Gəmiçiliyin rəhbərliyinin gənclərə dəstək olmasını təqdirəlayiq hal hesab edən Titos gələcəyin dənizçilərini onlar üçün yaradılmış bu imkanlardan lazımınca faydalanmağa çağırıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova Akademiyada əlaçı tələbələrin sayının artmasını yüksək qiymətləndirib. Gəmiçilikdə peşəkar və savadlı kapitan, kapitan köməkçiləri və mexaniklərə ehtiyac olduğuna toxunan Sevda Məmmədova Akademiyanın tələbələrinin peşəkarlığının artırılması məqsədi ilə onların Gəmiçiliyin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradıldığını qeyd edib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Gəmiçiliyin rəhbərliyinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildidirblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here