Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları iməcilik keçiriblər

1022
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti,Mətbuat xidmətinin məlumatı.
 Gəmiçiliyin kollektivi iməcilik keçirib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları iməcilik keçiriblər. İməcilik “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində baş tutub. Səhər saatlarından start verilən iməcilik günortayadək davam edib

Kollektivin çoxsaylı nümayəndələrinin iştirak etdiyi iməcilikdə ərazinin iqlim şəraitinə uyğun xeyli sayda şam ağacı  əkilib.

Əkilən hər bir ağacın normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib.  Bundan başqa, ərazidə təmizlik işləri görülüb, əvvəlki illərdə əkilmiş ağaclara aqrotexniki qulluq edilib.

Yaşıllaşdırma kampaniyası paytaxt Bakının ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edir. Gəmiçiliyin  əməkdaşları tərəfindən belə tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.