“Bibiheybət” Gəmi Təmiri Zavodunda Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirilib

1355

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti,Mətbuat xidmətinin məlumatı.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə zavodun rəhbərliyi, texniki işçilər, bölmə və sahə rəisləri ilə yanaşı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin texniki direktoru Nurməhəmməd Talıbov, KSƏTƏMM departamentinin rəisi Ələkbər Əzizli, mühəndis Vaqif Bağırov  iştirak ediblər.

BGTZ-nin  direktoru Nəsib Qəhrəmanov KSƏTƏMM işçilərini Əməyin Mühafizəsi Günü münasibətilə təbrik edib və müəssisədə əməyin mühafizəsinin tələblər səviyyəsində təşkil olduğunu bildirib.

KSƏTƏMM departamentinin rəisi Ələkbər Əzizli, mühəndis Vaqif Bağırov və Zavod Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Mustafayev çıxış edərək əməyin mühafizəsi ilə bağlı  lazımi tövsiyələrini veriblər.

Tədbirdə Əməyin Mühafizəsi Günü barədə statistik hesabat da məruzə olunub.