Buzqıran sualtı qayığın görüntüsü yayılıb

540

İnternetdə  ABŞ-ın “USS Hartford” sualtı qayığının Arktikada qalın buz təqəbəsini dələrək, səthə çıxmasını əks etdirən görüntü yayılıb.

Oxu.Az xəbər verir ki, sınaq təkçə bayırdan deyil, eyni zamanda sualtı gəminin içindən lentə alınıb. Kadrlarda sualtı qayığın sükan məntəqəsinə toplaşmış ekipaj üzvlərini görmək olur.

Buz təbəqəsinin kifayət qədər qalın olmasına baxmayaraq, ekipaj üzvləri toqquşmanı demək olar ki, hiss etmir.

Əməliyyatın “Ice Exercise” (Buz təlimi) adlı hərbi təlimlər çərçivəsində həyata keçirildiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır