NRYTN – i yanında Dövlət Dəniz Agentliyi-“Gəmi agentlərinin hazırlığı” kursu”na qəbul elan edir

1101

Dəniz nəqliyyatı sahəsində yük və sərnişin daşımalarının təşkilində səmərəliliyin yüksəldilməsi, dəniz nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, eləcə də gəmilərin liman əməliyyatları zamanı vaxt itkisinin minimuma endirilməsi məqsədilə  “Gəmi agenti haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 30 aprel – 04 may 2018-ci il tarixlərində Dövlət Dəniz Administrasiyası tərəfindən “Gəmi agentlərinin hazırlığı” kursu keçiriləcəkdir.

Qeyd etmək istərdik ki, gəmi agenti xidmətləri Azərbaycan Respublikasında qeydiyyata alınmış hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən göstərilə bilər.

Gəmi agenti fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər qeyd edilən kursda iştirak etmək məqsədilə Dövlət Dəniz Administrasiyasına müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsinin Gəmi standartlarına nəzarət sektorunun məsləhətçisi Rəşad Kərimov (tel: +994124974405 (daxili 242), e-mail: [email protected]).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır