Çində iki qayığın aşması nəticəsində 11 nəfər ölüb, 6 nəfər itkin düşüb

699

Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunda 2 qayığın aşması nəticəsində 11 nəfər ölüb, 6 nəfər itkin düşüb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə günorta vaxtı Taoxuacian çayında ənənəvi Çin “Əjdaha qayıq”larının müvafiq qurumlarla razılaşdırılmamış yarışı zamanı baş verib. Qəza baş verəndə iki qayıqda ümumilikdə 57 nəfər olub. Köməyə gələnlər 40 nəfəri sudan çıxara biliblər. Hazırda itkin düşənlərin axtarışları davam edir.

Məsələ ilə əlaqədar təşkilatçılardan iki nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır