Üç ayda dəniz limanlarında 2589,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib

801

2018-ci ilin yanvar-mart ayında dəniz limanlarında 2589,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 2447,9 min tonunu və ya 94,5 faizini tranzit yüklər təşkil edib. 2018-ci il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 244,7 min ton olub.

Dövr ərzində dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 35,7 faiz azalaraq 2,7 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır