Домой Dünyada ABŞ donanması ilk pilotsuz döyüş gəmisini qəbul edib

ABŞ donanması ilk pilotsuz döyüş gəmisini qəbul edib

151
0

ABŞ donanması özünün ilk pilotsuz döyüş gəmisi “Sea Hunter”i istifadəyə verib.

Ordu.az CNBC-yə istinadən xəbər verir ki, gəminin hazırlanması və sınaqlarının tamamlanması təxminən 8 ilə mümkün olub.

Onun hazırlanması 20 milyon dollara başa gəlib. Ağırlığı 140 ton, uzunluğu isə 40 metrdir. O, maksimum 50 kilometr/saat sürətlə hərəkət edə bilir.

Qeyd edək ki, 2016-cı ildə gəmi ictimaiyyətə təqdim edildikdən sonra onun iki illik sınaq müddəti başladılmışdır. Müxtəlif sınaqlardan keçirildikdən sonra robot gəmi təzəlikcə ABŞ donanmasına təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here