Azərbaycanla İngiltərə arasında saziş imzalandı

Azərbaycanla İngiltərə arasında saziş imzalandı

194
0

SOCAR və BP bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, saziş Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, imzalanan saziş bərabər və ədalətli əsaslar üzərində qurulub:
“Bizim BP ilə artıq uzunmüddətli əməkdaşlıq ənənəmiz formalaşıb. Əminəm ki, hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və unikal tarixi təcrübə sayəsində bu əməkdaşlıq öz uğur silsiləsini davam etdirəcək”.

B. Dadli isə qeyd edib ki, bu saziş Azərbaycanda uzunmüddətli hasilatı dəstəkləmək, SOCAR və BP-nin Xəzərdə əlavə imkanların araşdırılması məqsədi ilə yeni birgə səylərinə söykənir:

“25 ildən çoxdur ki, biz bu regionda fəaliyyət göstəririk və inanırıq ki, burada hələ də əhəmiyyətli neft və qaz potensialı mövcuddur. Biz SOCAR və digər tərəfdaşlarımızla sıx işləyərək geoloji kəşfiyyat işləri aparmaqla və qarşıdan gələn onilliklərdə Xəzərin gələcəyini təmin etməyə yardımçı olmaqla Azərbaycandakı əhəmiyyətli biznesimizi artırmaqda davam edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şərh yoxdur

Şərh yaz