Türkiyə Nəqliyyat Nazirliyi: Qarsda logistik mərkəzin açılışı oktyabrın 30-da baş tutacaq (ÖZƏL)

Türkiyə Nəqliyyat Nazirliyi: Qarsda logistik mərkəzin açılışı oktyabrın 30-da baş tutacaq (ÖZƏL)

178
0

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizi çərçivəsində logistik mərkəzin tikintisi üzrə işlərin 50%-dən çoxu yekunlaşdırılıb.

Bu barədə Trend-ə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, logistik mərkəzini tikintisində heç-bir gecikmə mövcud deyil: «İstifadəyə veriləndən sonra, Qasdakı logistik mərkəz Türkiyənin ən mühüm dəmiryol hablarından biri olacaq».
Həmçinin qeyd olunub ki, logistik mərkəzin açılışı cari ilin oktyabr ayının 30-da baş tutacaq: «Logistik mərkəzin tikintisi üçün 300 kv.m torpaq sahəsi ayırılıb, onlardan 170 kv.m ambar üçün istifadə olunacaq. Hər il mərkəz vasitəsilə 412 min ton yük nəql etmək mümkün olacaq».

Nazirlikdən əlavə ediblər ki, logistik mərkəzin sahəsində 16 km uzunluğunda dəmir yolu tikiləcək və bu sahə Qars-Ərzurum dəmir yoluna birləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şərh yoxdur

Şərh yaz