Xaricə ən çox məhsul satan şirkətlər açıqlandı

Xaricə ən çox məhsul satan şirkətlər açıqlandı

192
0

2018-ci ilin I rübündə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısı açıqlanıb.

Oxu.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “MKT İstehsalat Kommersiya” MMC, “Aqrodoctor“” MMC, “Baku Steel Company” MMC,”Metalçılar-2” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “CTS-Agro” MMC, “Sun Food” MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC yer alıb.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edib.

Daha sonra bu siyahıda “Azərenerji” ATSC, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “Qaz ixrac idarəsi”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şərh yoxdur

Şərh yaz