Kanada gəmiləri izləyə bilən peyk sistemini işə salacaq

399


  Kanada ölkə sahillərində və Kanada qoşunlarının əməliyyat apardığı bölgələrdəki gəmiləri müəyyən edən və izləyə bilən 3 peykdən ibarət peyk sistemini işə salacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Departamenti tərəfindən yayımlanmış hesabatda məlumat verilib.

Məlumata görə, peyklərdə çoxməqsədli sintetik radarlar və avtomatik müəyyən etmə sistemi istifadə olunub.

Qeyd edək ki, peyk sistemindən əlavə Kanada Yer Kürəsini izləmə texnologiyaları çərçivəsində 12 tədqiqat layihəsi üçün 6,7 milyard dollar investisiya edib.