Xəzər dənizi

Xəzər dənizi

Xəzərin sahəsi 380 min km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri 1025 m-dir. Xəzərin səviyyəsi okean səthindən 28 m aşağıdadır.

Xəzər dənizi ətrafında yerləşən dövlətlər:

  • Azərbaycan
  • Rusiya
  • Türkmənistan
  • Qazaxıstan
  • İran

Xəzər dənizinin sahil xəttinin uzunluğu Azərbaycan Respublikasında 955,08 km, Rusiya Federasiyasında 695 km, Qazaxıstan Respublikasında 2320 km, Türkmənistanda 1200 km, İran İslam Respublikasında 900 km-ə yaxındır.

Xəzər dənizinin adaları:
Xəzərdə çoxlu miqdarda adalar var.

  • Pirallahı
  • Plita
  • Zorya
  • Muğan daşı
  • Kür daşı
  • Qarasu və s.

Xəzər dənizinin yarımadaları:

  • Abşeron yarımadası – Azərbaycanda

Xəzər dənizinə axan çaylar:

  • Volqa
  • Tərək
  • Ural
  • Kür
  • Qusarçay
  • Qudyalçay
  • Vəlvəleçay
  • Sumqayıtçay
  • Viləşçay
  • Lənkərançay
  • Astaraçay

Xəzər dənizinin neft ve qaz ehtiyatları:
Xəzər — əhəmiyyətli nəqliyyat yolu və ətraf mühitin və havanın təmizliyində əhəmiyyətli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir. Xəzərin əsas sərvəti neft və qazdır. 1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsernləri ilə bağlanan müqavilə “əsrin müqaviləsi” adlanır. Aparılan tedqiqatlar göstərir ki, Xəzər dünyada böyük neft anbarıdır. Hal–hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır.
Xəzər nadir və qiymətli balıq növləri ilə də zengindir. Abşeron yarımadasından şərqdə, neftlə zəngin bölgədə dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan “Neft daşları” şəhəri yaradılmışdır.

Xəzər dənizinin bioloji sərvətləri:
Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan, Türkmənistanda – Xəzər.
Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Xəzərdə onurğalıların 79 növü mövcuddur.Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizinidə, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var.

Şərh yoxdur