Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə

985

ELAN EDİR:

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizənin surəti
  • əmək kitabçasının surəti
  • ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
  • bir ədəd ağ rəngli foto şəkil
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 7 mart 2016-cı il tarixdən 28 mart 2016-cı il tarixdə saat 18:00-dəkAzərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında  aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasınamüraciət edilə bilər.

Telefon:   (+99412) 497-44-05

Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsi, Gəmi qeydiyyatı və sənədləri sektoru, sektor müdiri
Gəmi heyəti şöbəsi, Diplom, imtahan və sertifikatlaşdırma sektoru, baş məsləhətçi