“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli. əlavələr edilmiş Beynəlxalq konvensiya (DHDNÇ Konvensiyası)

1429

4 ALBERT EMBANKMENT LONDON SE1 7SR
Telephone: +44 (0)20 7735 7611   Fax: +44 (0)20 7587 3210

STCW.7/Circ.22
25 February 2014

Dövlət liman nəzarəti müfəttişlərə, tanınmış dəniz təşkilatlarına, təhlükəsizlik üzrə tanınmış təşkilatlara gəmi mühafizəsi üzrə məsul şəxslərin, gəmi mühafizəsi üzrə müəyyən edilmiş
vəzifələrə malik olan şəxslərin   hazırlığına və sertifikatlaşdırılmasına dair tələbləri açıqlayan tövsiyələr.  

1. “İnsan elementinə, hazırlığa və növbə çəkməyə dair” alt komitənin 1-ci sessiyasında (17.02.2014 – 21.02.2014) qeyd edilmişdir ki, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (bundan sonra DHDNÇ) Beynəlxalq Konvensiyasının A-VI/5 bölməsinin tələblərinə uyğun olaraq “Gəmi mühafizəsi üzrə məsul şəxs” hazırlığını bitirmiş dənizçilərdən “Ümumi hazırlıq və təlimat”, “Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik olan şəxs” hazırlığının bitirilməsi haqqında sertifikat tələb edilir.

Həmçinin, “Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik olan şəxs” hazırlığının bitirilməsi haqqında sertifikatı olan dənizçilərdən, ”Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat” hazırlığının bitirilməsini təsdiq edən sertifikatın təqdim edilməsi tələb edilir.

 2.  Alt komitə qeyd etdi ki, sertifikatlaşdırma məqsədi ilə təhlükəsizliyin ilkin tanışlığı və təlimatı ilə bağlı DHDNÇ Beynəlxalq Konvensiyasına və məcəlləsinə edilmiş əlavələr üç səviyyədən ibarətdir. “Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat”, “Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik olan şəxs” və “Gəmi mühafizəsi üzrə məsul şəxs” və sonuncu ilə bağlı hazırlıqlar ən yüksək səviyyə hesab olunur. Alt komitə etiraf etdi ki,  təhlükəsizlik ilə əlaqədar hazırlıq tələbləri hər üç səviyyədə elə hazırlanmışdır ki, daha yüksək səviyyə özündə aşağı səviyyələrin tələblərini ehtiva edir.

 3. Alt komitə razılaşdı ki, “Gəmidə mühafizəyə məsul şəxs”-in hazırlığı A-VI/6 bölməsini tələblərini bütünlüklə əhatə edir və bu səbəbdən  “Gəmidə mühafizəyə məsul şəxs” sertifikatına malik olan şəxslər Məcəllənin A-VI/6 bölməsinə müvafiq olaraq verilən ”Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat” və “Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik olan şəxs” kurslarına dair sertifikatları əldə etmələri tələb olunmur.

 4.  Alt komitə həmçinin razılaşdı ki, “Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik olan şəxs” hazırlığı Məcəllənin A-VI/6 bölməsinin 6-ci bəndinin tələblərini əhatə edir və bu səbəbdən VI/6 qaydasının 5-ci bəndinə müvafiq olaraq “Gəmi mühafizəsi üzrə  müəyyən edilmiş vəzifələrə malik olan şəxs” sertifikatlarını əldə etmiş şəxslər “Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat” kursuna dair sertifikatları əldə etmələri tələb olunmur.

 5. Üzv Dövlətlər bu sirkulyarda əks olunan  məlumatları müvafiq olaraq digər maraqlı tərəflərin, xüsusi ilə  Dövlət liman nəzarəti müfəttişlərin, tanınmış təsnifat cəmiyyətlərin və tanınmış təhlükəsizlik təşkilatların diqqətinə çatdırılması istiqamətində zəruri tədbirlərin görülməsinə  dəvət olunurlar.