Домой Xəbərlər Dəniz Akademiyasının yeni tədris korpusu istifadəyə verildi

Dəniz Akademiyasının yeni tədris korpusu istifadəyə verildi

619
0

2004-cü ildən etibarən 15 sentyabr bütün respublikamızda Prezident Sərəncamı ilə “Bilik günü” kimi qeyd edilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində Gənclər siyasəti çox mühüm yer tutur. Gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında böyük rol oynayırlar və Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi əhəmiyyətə malikdir.

Dövlət başçısının bu siyasəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən tam dəstəklənir və bizim strukturlarda uğurla həyata keçirilir. Gəmiçilikdə gənclərə hər bir sahədə yer verilir, bütün lazımi şərait yaradılır. Ali təhsilli dənizçi kadrların hazırlanması zərurətini nəzərə alaraq, Dəniz Akademiyasında tədris prosesi, onun maddi-texniki bazası, laboratoriya və trenajorları ildən-ilə təkmilləşdirilir, yeni, müasir avadanlıqlar alınır.

Sevindirici haldır ki, bu gün Dəniz Akademiyasının yeni korpusu tələbələrin istifadəsinə verilib. Kazım Kazımzadə küçəsi, 127 ünvanda, “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən dördmərtəbəli binada Xəzər Dəniz Gəmiçiliyinin vəsaiti hesabına əsaslı təmir işləri görülüb, ərazisi abadlaşdırılıb. Yeni tədris korpusunun foyesində Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan bəhs edən guşə yaradılıb, burada Ulu Öndərin büstü qoyulub. Heydər Əliyev guşəsində toplanan eksponatlar gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Tədris korpusunda 20 auditoriya, o cümlədən kompyuter otağı, geniş akt zalı, 240 nəfərlik yeməkxana təşkil olunub, binanın istilik sistemi yenidən qurulub. Burada təmizlik və səliqə-sahman göz oxşayır. Auditoriyalar internet, proyektor avadanlıqları və əyani vəsaitlərlə tam təmin edilib, müəllimlər üçün də hər cür şərait yaradılıb.

Gəmiçilik sistemində bu tədris ilindən daha bir təhsil müəssisəsi fəaliyyətə başlayır. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dənizçilik Kolleci adlandırılıb. Gəmiçiliyin rəhbərliyi Dənizçilik Kollecinin fəaliyyəti ilə bağlı zəruri tədbirlər həyata keçirib. İndiyə qədər özünün binası olmayan bu kollec üçün Əhmədlidə tədris binası ayrılıb. Bilik gününə qədər bu bina da tam təmir edilərək, sentyabrın 15-də istifadəyə verilib.

Binada 44 tədris otağı, idman zalı, foye və dəhlizlər əsaslı təmirdən çıxıb, ərazidə böyük həcmdə abadlıq işləri görülüb, yeni hasar çəkilib, asfalt döşənib.

Bu gün həm Dəniz Akademiyası, həm də Dənizçilik Kolleci qapılarını tələbələrin üzünə açıb, yeni tədris ilinə artıq start verilib. Dənizçi peşəsi insandan fədakarlıq, bilik, iradə tələb edir və indi hər şey gənclərin özlərindən asılıdır. Bu çətin yolda onlara uğurlar arzulayırıq.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here