Домой Xəbərlər SOCAR-ın vitse-prezidenti: “19-cu özüldəki quyunun və özülün yanan yerlərinin bərpası işlərinə başlanıb”

SOCAR-ın vitse-prezidenti: “19-cu özüldəki quyunun və özülün yanan yerlərinin bərpası işlərinə başlanıb”

218
0

Hazırda “Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyunun və özülün yanan yerlərinin bərpası işlərinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib.

O bildirib ki, quyuda açıq fontanın söndürülməsi və digər təhlükəsizlik tədbirlərinə yerində rəhbərlik etmək üçün SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, Neftqazelmitədqiqatlayihə İnstitutunun direktoru Fəxrəddin İsmayılov axşam saat 22:00-da hadisə yerinə gəlib və səhərə qədər qəzanın aradan qaldırılması tədbirlərinə birbaşa rəhbərliyi həyata keçiriblər.

“Görülən tədbirlərin nəticəsində yanğın söndürülüb. Yüksək peşəkarlıq göstərmiş FHN-in rəhbərliyi və şəxsi heyəti, XDG-nin rəhbərliyi və şəxsi heyəti, SOCAR Fotana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası, növbədə olan neftçilər hər cür tərifə layiqdirlər. Görülən operativ təhlükəsizlik və təxliyyə planına uyğun tədbirlər nəticəsində xəsarət alan olmayıb”, – SOCAR-ın vitse-prezidenti əlavə edib.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here