Xəzər Dəniz Gəmiçiliyi Günəşlidəki qəza platformasına 9 gəmi cəlb edib

995

Daha əvvəl quyuların birində qaz təzahürünün baş verdiyi SOCAR-ın “Günəşli-19″ platfortması yanında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 9 yanığınsöndürmə və təminat gəmisi var.

Hadisə barədə məlumat alındıqdan sonra gəmiçilikdə böhran qrupu yaradıldı, qrup indiyədək işini davam etdirir.

İşlər SOCAR-ın operativ qərargahı ilə birlikdə aparılır. Quyuda təzyiq düşür və yaxın vaxtlarda təzahürün nəticələrinin aradan qaldırılacağı gözlənilir.

Hadisə zamanı xəsarət alan olmayıb.

Trend