Daha əvvəl quyuların birində qaz təzahürünün baş verdiyi SOCAR-ın “Günəşli-19″ platfortması yanında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 9 yanığınsöndürmə və təminat gəmisi var.
Hadisə barədə məlumat alındıqdan sonra gəmiçilikdə böhran qrupu yaradıldı, qrup indiyədək işini davam etdirir.
İşlər SOCAR-ın operativ qərargahı ilə birlikdə aparılır. Quyuda təzyiq düşür və yaxın vaxtlarda təzahürün nəticələrinin aradan qaldırılacağı gözlənilir.
Hadisə zamanı xəsarət alan olmayıb.
Trend