Домой Xəbərlər Elektron bilet sifarişi tətbiq edilir

Elektron bilet sifarişi tətbiq edilir

267
0

Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutlarının cəlbediciliyinin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarindan istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması istiqamətində ölkə rəhbərliyinin tapşırıqlarını və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının müvafiq qərarlarını rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC elektron bilet sifarişi ilə bağlı yeni xidmət təklif edir.

Belə ki, Gəmiçiliyin internet saytında , Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomaşınların və sərnişinlərin daşınması üçün “E-Bilet” elektron bilet sifarişi sistemi istifadəyə verilmişdir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanacaqdır. Beləliklə, yeni sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişli olacaqdır.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müasir texnologiyaların tətbiqi ilə bağlı səylərini bundan sonra da davam etdirəcəkdir.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here